YAP Qaradağ rayon təşkilatı hesabat seçki yığıncağlarını davam etdirir FOTOLAR
YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat seçki yığıncağları davam edir. SİA-nın verdiyi məlumata görə, Bakı Gəmiqayırma zavodu MMC-də keçirilən yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov iştirak edib.
Yığıncaqda ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib, ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.
Bakı Gəmiqayırma zavodu MMC ərazi ilk partiya təşkilatının sədri Rəşad Qurbanov hesbat məruzəsi ilə çıxış edib.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxış edərək keçən dövr ərzində görülən işlərdən, qarşıda duran perspektiv vəzifələrdən, rayon təşkilatının XI konfransına hazırlıqların gedişindən söz açıb.
Sonra ərazi ilk partiya təşkilatı GB-nin sədri Namiq Vəliyev və Gəmiqayırma zavodu MMC-nin direktoru İmamverdi Həsənov çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB