Rüfət Quliyev: "Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir"
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması çox təqdirəlayiq addımdır. Çünki Mehriban Əliyeva siyasət aləmində tanınan, öz dəst-xətti olan bir şəxsiyyətdir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev deyib.
Milli Məclisin deputatı qeyd edib ki, Mehriban Əliyeva uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir. Bundan sonra onun fəaliyyət dairəsi daha da genişlənəcək, xeyirxah işlərinin miqyası böyüyəcək. Birinci vitse-prezident xalqımızın ümidlərini bundan sonra da ləyaqətlə doğruldacaq və ölkəmizin ictimai-siyasi həyatına sanballı töhfələr verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB