Emin Millinin hamisi saxta “referendum"u müşahidə edib FOTO

Emin Millinin hamisi saxta “referendum"u müşahidə edib FOTO

Avropa Parlamentinin Çexiyadan olan ermənipərəst deputatı Yaromir Ştetina saxta "referendum"u müşahidə edib və separatçı rejimin rəhbər orqanları ilə görüş keçirib. SİA xəbər verir ki, Yaromir Ştetina Azərbaycanın işğal altında olan Dağlıq Qarabağın beynəlxalq aləmdə "respublika" kimi tanınması, eləcə də qondarma erməni soyqırımının tanınması istiqamətində fəallığı ilə seçilən avroparlament deputatlarından biridir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Yaromir Ştetina Avropa Parlamentində Azərbaycan əleyhinə yönəlmiş təxribatçı dinləmələrin təşkilatçısı olub və orada "Meydan TV"nin rəhbəri Emin Millinin, eləcə də Xədicə İsmayılın ölkəmiz əleyhinə çıxışlarına şərait yaradıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə