"Münhen konfransının nəticələrinin əhəmiyyəti ölkəmiz üçün böyükdür" AÇIQLAMA

"Münhen konfransının nəticələrinin əhəmiyyəti ölkəmiz üçün böyükdür" AÇIQLAMA

"Münhen təhlükəsizlik konfransında Prezident İlham Əliyevin iştirakının, keçirdiyi ikitərəfli görüşlərin, bölmə iclaslarında etdiyi nitqin, bütövlükdə konfransın nəticələrinin ölkəmiz üçün əhəmiyyəti böyükdür. İlk növbədə ona görə ki, dünya birliyi Azərbaycan həqiqətlərini və mövqeyini Dövlət başçımızın dilindən bilavasitə eşitdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, Münhen konfransında Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkar Ermənistana təzyiqlər etməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol verilməməsinə dair verdiyi bəyanat dövlətimizin və millətimizin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: "Prezidentin bu bəyanatı bir daha göstərdi ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə