Politoloq: “Dövlət başçımızın Sərəncamı ölkəmizin uğurlu inkişafı istiqamətində növbəti addımdır” AÇIQLAMA
"Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva uzun illərdir həm millət vəkili, həm də Heydər Əliyev Fondunun prezidenti kimi kifayət qədər genişmiqyaslı fəaliyyət göstərib. O, Fond vasitəsilə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində uğurlu layihələrə imza atıb. Dövlət başçımızın Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncamı ölkəmizin uğurlu inkişafı istiqamətində növbəti addımdır". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Mehriban xanım Əliyeva hər zaman Azərbaycanı beynəlxalq səviyyədə uğurla təmsil edib: "Onun fəaliyyəti nəticəsində dünyada ölkəmizin müsbət imicinin formalaşdırılması istiqamətində uğurlu layihələr həyata keçirilirib. Azərbaycan üçün çox mühüm əhəmiyyət daşıyan layihələrdən biri də "Xocalıya Ədalət" kampaniyasıdır ki, bu layihə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Leyla xanım Əliyevanın fəaliyyəti nəticəsində həyata keçirilib. Dünyanın bir çox ölkələrində Xocalı soyqırımı tanınır. ABŞ-ın 21 ştatında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamə qəbul edilib. Böyük iş təcrübəsi, geniş zəka və yüksək mədəniyətə sahib olan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi ölkəmizin inkişafı istiqamətində uğurla fəaliyyət göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB