Politoloq: “Ermənilər hər çirkin əmələ görə cavab verəcəklər” AÇIQLAMA

Politoloq: “Ermənilər hər çirkin əmələ görə cavab verəcəklər” AÇIQLAMA

"Xocalıda xalqımıza qarşı baş vermiş soyqırım sözsüz ki, XX əsrin ən böyük faciələrindən biridir. Əfsuslar olsun ki, ötən əsr ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğın və soyqırımlar dünya ictimaiyyəti tərəfindən gözardına vurulub". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünyadakı hər bir azərbaycanlının başlıca vəzifəsi yaşadıqları ölkələrdə ermənilərin gerçək simasını ifşa etmək olmalıdır. Bunun üçün bir neçə istiqamətdə fəaliyyət göstərmək lazımdır: "Birincisi, yaşadığımız ölkələrdə yerli sakinlərin rəğbətini öz mədəniyyətimizlə və milli-mənəvi dəyərlərimizlə qazanmalıyıq. Sadə xalq diplomatiyasını işə salmalıyıq. İkincisi isə, siyasi müstəvidə, dövlət və qeyri-dövlət səviyyəsində ermənilərin vəhşiliklərinin dünyada tanınmasına çalışmalıyıq. Bu işdə bizim xarici lobbistlərə ehtiyacımız var.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası xüsusi yer tutur. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Mən özüm də Rusiyada "AMOR" təşkilatında çalışarkən dəfələrlə bu beynəlxalq maarifləndirmə kampaniyasının effektivliyinin şahidi olmuşam.

Eyni zamanda rəsmi şəkildə Azərbaycan dövləti tərəfindən də soyqırımın tanınması istiqamətində işlər gedir. Sevindirici haldır kı, dünyada 9 dan çox ölkə, ABŞ-ın 21-ə qədər ştatı Xocalı soyqırımını tanıyıb. Hal – hazırda bu siyasət xarici siyasətimizin Qarabağ vektorunun əsas istiqamətlərindən birini təşkil edir. Bu gün artıq Azərbaycan müstəqil, güclü dövlətdir. Ermənilər əmin olsunlar ki, etdikləri hər bir çirkin əmələ görə cavab verəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə