Cümşüd Nuriyev: “Onlar Qarabağ məsələsinin həllini istəmirlər” MÜNASİBƏT
"Ümumiyyətlə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfərində müsbət heçnə görmürəm. Çünki bu səfər Azərbaycanın ziyanına olan bir şeydir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, hal-hazırda Ermənistanda apreldə keçiriləcək "referendum"la bağlı çox güclü qarşıdurma var: "Rusiya qorxurki Ermənistan onun əlindən çıxa bilər. Ermənistan kukla bir dövlətdir və rəsmi Moskva onu necə istəyir elə də idarə edir. Bu gün Azərbaycanda müharibə əhval-ruhiyyəsi çox güclüdür. Hər kəs istəyir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və torpaqlarımız azad olunsun. Amma bunun başqa təhlükələri də var. İndiki şəraitdə xüsusilə Qafqazın strateji bir dövləti olan Azərbaycanın düşünülməmiş addım atmağı bizə çox böyük təhlükələr gətirə bilər.
Rusiya üzdə guya Azərbaycanı dəstəkləyir amma bunlar boş söhbətlərdir. Onlar Arsaxı guya "referendum" keçirib saxta bir dövlət elan etmək istəyirlər. Bunlar Qarabağ məsələsinin həllini istəmirlər. Onlar nə Madrid, Kazan, nə də Lavrovun variantını qəbul etmirlər. Bu ancaq Azərbaycanın əleyhinə Rusiyanın imperiya xüsusiyyətlərindən nələrsə həyata keçirməyə yönəlib. Təbii ki, bunu da Ermənistanın əli ilə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB