Məhərrəm Əsədova Prezidentin fərdi təqaüdü verilib

Məhərrəm Əsədova Prezidentin fərdi təqaüdü verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.S.Əsədova fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Məhərrəm Soltan oğlu Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin

Bütün xəbərlər Facebook səhifəmizdə