Mübariz Əhmədoğlu: "Prezident konfrans vasitəsilə dünyaya mesaj verdi" MÜNASİBƏT
"Azərbaycanın qlobal miqyaslı tədbirlərdə iştirakı artıq çoxillik ənənəyə çevrilib. Azərbaycan Prezidentinin Münhen konfransında iştirakı da ölkəmizin dünyada təhlükəsizlik ixracatçısı kimi özünü göstərməsi ilə bağlıdır. Ölkəmiz nəinki özünü, həm də regionun təhlükəsizliyinin təminində həlledici rola malikdir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, regionda proseslərin sabit getməsi Azərbaycanın istəyi ilə bağlıdır.
Münhen konfransını konseptual, strateji baxımdan faydalı hesab edən M. Əhmədoğlu Azərbaycan Prezidentinin sözügedən konfransda mühüm çıxışlar etdiyini xüsusi vurğulayıb: "Prezidentin Münhen konfransında aktivliyi göz qabağında idi. Səfər zamanı ölkə başçısı bir çox görüşlər keçirməklə yanaşı, panellərə, dəyirmi masalara qatıldı. Bundan başqa ölkə başçısı Rusiya-Türkiyə münasibətlərin bərpası ilə bağlı çox mühüm açıqlamalar verdi. Həqiqətən də Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın rolu Qazaxıstanın rolundan az deyil, əksinə bəlkə də çoxdur. Bu əslində Azərbaycan prezidentinin bacarığının, məharətinin göstəricisidir. Bundan başqa Azərbaycan prezidenti konfrans zamanı ABŞ və Rusiya baş qərargah rəislərinin ölkəmizdə keçirilən görüş haqqında məlumat verməklə yanaşı, görüşü xarakterizə etdi. Bununla da konfrans iştirakçılarına məlum oldu ki, Azərbaycan həqiqətən də neytral dövlətdir və müstəqil siyasətini çox uğurla həyata keçirir. Bu, konfrans iştirakçıları üçün çox mühüm məlumat idi. Bu baxımdan Azərbaycan prezidentinin Münhen konfransında iştirakını yüksək qiymətləndirilməlidir ".
Politoloqun fikrincə, Münhen konfransı Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyətli oldu : "Dövlət başçısı konfrans vasitəsilə dünyanın təhlükəsizliklə məşğul olan elitasına mesaj verərək bildirdi ki, münaqişənin tənzimlənməsində ikili standartlar aradan qaldırılmalıdır. Bundan əlavə Azərbaycan Prezidenti bildirdi ki, əgər beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi istiqamətində addım atmazsa, Azərbaycan özü problemin həlli ilə məşğul olacaq. Buna görə də Münhen konfransını həm Azərbaycan, həm də dünya üçü çox faydalı hesab edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB