Norveç Qarabağda keçirilən “referendumu” tanımır

Norveç Qarabağda keçirilən “referendumu” tanımır

"Beynəlxalq ictimaiyyətin digər üzvləri kimi, Norveç də qondarma "Dağlıq-Qarabağ Respublikası"nın müstəqilliyini tanımır". SİA-nın məlumatına görə, bu barədə Norveçin Azərbaycandakı səfirliyinin bəyanatında bildirilir.

"Eyni zamanda Norveç 20 fevral 2017-ci il tarixinə planlaşdırılan "referendum"u da tanımır. Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir" -deyə, bəyanatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə