Pakistan Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "referendumu" tanımır. Bunu SİA-ya açıqlamasında Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand deyib. O bildirib ki, Pakistan işğal edilmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və buna görə də həmin ərazidə keçirilən istənilən referendum qanuni ola bilməz.
Diplomat deyib: "Rəsmi İslamabad həmişə münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəkləyib. Pakistan xalqı və hökuməti qardaş ölkə olan Azərbaycana birmənalı dəstəyini davam etdirəcək və hər hansı bu kimi "referendumu" tanımayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB