"Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər” MÖVQE
"Münhen konfransının nəticələri Azərbaycan üçün bütövlükdə uğurlu hesab oluna bilər". Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Azərbaycanın mütəmadi olaraq Münhen konfranslarında iştirak etdiyini dilə gətirən siyasi-şərhçi sözügedən konfransın dünyada təhlükəsizliyin təmin olunması istiqamətində mühüm platformalardan biri olduğunu qeyd edib: "Ümumiyyətlə, Münhen konfransında çox önəmli məsələlər müzakirə edilir. Budəfəki mövzu da Avrasiya məkanında təhlükəsizliklə bağlı idi. Bildiyiniz kimi, Avrasiya məkanında çoxlu problemlər var ki, onlardan da biri Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti Münhenə səfəri zamanı da ölkəmizin maraqlarını, ərazilərimizin işğala məruz qaldığını və yaranan vəziyyətin təkcə dövlətimiz üçün deyil, region, eləcə də Avrasiya məkanı üçün təhlükə olduğunu xüsusilə vurğuladı. Azərbaycan Prezidentinin Münhen konfransında çıxışları və irəli sürdüyü prinsiplər eyni zamanda ölkəmizin dialoq üçün açıq məkan olmasını vurğulaması, beynəlxalq münasibətlərdə tənzimləyici funksiyasını qeyd etməsi böyük önəm daşıyır".
E. Mirzəbəylinin sözlərinə görə, Münhen konfransı mühüm məsələlər üçün geniş platforma olmaqla yanaşı, orada ayrı-ayrı ölkələri təmsil edən şəxslər arasında görüşlərin keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir: "Bütün bunları nəzər alsaq, Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB