Rusiya hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgədə planlaşdırılan "referendum"un keçirilməsindən asılı olsun. SİA-nın TASS-a istinadən məlumatına görə, bunu Rusiya XİN-in informasiya və mətbuat departamentindən bildiriblər.
Rusiya XİN-in açıqlamasında deyilir: "Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Bundan çıxış edərək düşünürük ki, onun statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Sülh yolu ilə nizamlanmanın gedişinin "konstitusiya referendumu"nun keçirilməsindən asılı ola biləcəyini düşünmürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB