Bu da sənə bəs etmir, Əli Kərimli? TƏRS BAXIŞ

AXCP sədrinin yaxın qohumları olan iki gənc YAP-a üzv yazıldılar!
Bu da sənə bəs etmir, Əli Kərimli? TƏRS BAXIŞ

Siyasi fəaliyyətini sosial şəbəkələrdən kənara çıxara bilməyən, uzağı az tutumlu azarkeşlər üçün stadionlarda 200-300 nəfərlik mitinqlərdə "sinəsinə döyən", bununla da "müxalifətin anası" olduğunu hesab edən AXCP sədri Əli Kərimli növbəti dəfə sillə zərbəsini öz yaxın qohumlarından aldı. Məlum olduğu kimi, Cəbhə sədrinin iki yaxın qohumu - 18 yaşı tamam olan iki əmisi nəvəsi Uğur Kərimli və Rəsul Əlizadə oğlu Kərimli hakim Yeni Azərbaycan Partiyasına üzv yazılıblar. Bu hadisə Ə.Kərimli üçün həqiqətən də gözlənilməz olub və göründüyü kimi o, susqunluğa qapılıb. Çünki deyəcək heç bir sözü qalmayıb. Yeri gəlmişkən, Ə.Kərimlinin "siyasətini" ən sərt şəkildə tənqid edən və iqditarın siyasətinə davamlı şəkildə dəstək göstərən əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redakatoru Nuhəli Kərimov bildirib ki, onların ailəsinin 8 üzvünün hər biri Yeni Azərbaycan Partiyasının üzvüdür: "Nəslimizdə yaşı 18-ə çatanlar YAP-a üzv yazılır. Bütün bunlar Ə.Kərimlinin uğursuz siyasətinin nəticəsidir. Bir partiyanı idarə edə bilməyən Ə.Kərimli bu gün ölkədə prezidentlik uğrunda mübarizə aparır. Bu, çox gülməlidir".

Kərimlinin satqınçılıq və xəyanətlərinin güdazına gedənlər hələ də dərk etmirlər ki, onlar azğın yolun yolçularıdırlar

Göründüyü kimi, bir halda ki, AXCP sədrinin yaxın qohumları onun trəfində olmadığı halda Ə.Kərimlinin öz ətrafında "minlərlə" üzv olduğunu iddia etməsi qətiyyən inandırıcı görünmür və bu reallıq yuxarıda da qeyd edildiyi kimi özünü onun keçirdiyi qondarma mitinqlərində də kifayət qədər təsdiq edib. Lakin Kərimlinin ətrafında olan-qalan beş-altı nəfərin, eləcə də onun satqınçılıq və xəyanətlərinin güdazına gedənlər hələ də dərk etmirlər ki, onlar azğın yolun yolçularıdırlar.

Nuhəli Kərimov: "Əli Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm"

Bu arada N.Kərimov əlavə edib ki, o, Kərimlilər nəslinin ağsaqqalıdır və zaman-zaman Ə.Kərilmiyə yanlış yoldan çəkilməyi tövsiyə edib, ancaq qarşı tərəf onun heç bi sözünə qulaq asmayaraq, düşmən dəyirmanına su tökməklə məşğul olub. Ona görə də sonda nəsildə hər kəs bu xəyanətkardan üz döndərib, hətta onu özlərinə qohum saymırlar.: " Kərimlilər nəslinin ağsaqqalı mənəm. Ə.Kərimlinin ağsaqqalı kimi ona bacardığı işin dalınca getməyi tövsiyə etmişəm. Deyirəm ki, bacardığın işin dalınca get. Dövləti idarə etmək sənlik deyil. Savadlı adam ola bilərsən, ancaq savad prezident olmaq üçün bir çox göstəricilərdən biridir".

Göründüyü kimi, Ə.Kərimli sosual şəbəkələrdə ictimai rəyə yalanlar sırıyaraq guya AXCP-yə "yüzlərlə üzv yazıldığını" elan edir, ancaq necə deyərlər, qulağının dibində baş verənləri görmür, yəni qohumlarının ard-arda YAP-a üzv yazılmalarını görməzlikdən gəlir. Hər halda fakt budur ki, Görəsən, bu faktın özü onun siysətbazlıqdan əl çəkməsi üçün kifayət etmirmi?!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə