YAP Qaradağ rayon təşkilatı hesabat seçki yığıncağlarını davam etdirir FOTOLAR

YAP Qaradağ rayon təşkilatı hesabat seçki yığıncağlarını davam etdirir FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı hesabat seçki yığıncağlarını davam etdirir. SİA-nın verdiyi məlumata görə, SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Qobustan Regional Təlim Mərkəzində, 195, 223, 321, 223 saylı tam orta məktəblərdə və 9 saylı BUX-da keçirilən yığıncaqlarda YAP Qaradağ rayon təşkilatı aparatının məsul işçiləri Ramiz Yusubov və Hacı İbrahimov iştirak edib.

Yığıncaqda ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib, ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilmişdir.

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Qobustan Regional Təlim Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Nəzakət Məmmədova, 195 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Laçın Hüseyinli, 223 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Nailə Eyvazova, 321 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Ağakişi Ağayev və 9 saylı BUX ərazi ilk partiya təşkilatının sədri Xəlilov Arslan hesabat məruzəsi ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə