4 bal gücündə zəlzələ olub

Tayvanın cənub-qərbində 4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Tayvan mərkəzi metereoloji bürosu məlumat yayıb.

Yeraltı təkanlar Szyai şəhərindən 27 km cənubda, 12 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə