XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə