Deputatlar “Hərbi vəziyyət haqqında” qanunu müzakirə edir

Deputatlar “Hərbi vəziyyət haqqında” qanunu müzakirə edir

Milli Məclisin bu gün keçirilən iclasında yenidən hazırlanmış "Hərbi vəziyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Daha sonra müzakirələrə başlanılıb.

Müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa sənədlə bağlı təkliflərini irəli sürüb. Fazil Mustafa qanun layihəsində "faktiki işğal olunduqda" ifadəsinə etiraz edib: " Məgər virtual işğal da olur? İşğal elə işğaldır".

Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə məsələyə aydınlıq gətirib. "Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada qeyd olunur: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda..." ardı da var. Başınız qarışıb bədii ədəbiyyata hüquq yadınızdan çıxıb".

Daha sonra millət vəkilləri Elman Nəsirov və Elmira Axundova qanun layihəsini tarixi sənəd adlandıraraq, onun 20 faiz torpaqları işğal altında olan ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini dilə gətiriblər.

Müzakirələr davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə