Milli Məclisin deputatı Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirib.
SİA-nın xəbərinə görə S.Seyidov çıxışında deyib: "Əslində bu sözlərə fikir verilməyə də bilər. Lakin bunun Xocalı soyqırımının 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. "Azərbaycanın müstəqilliyi dönməz sarsılmazdır". Ümummilli Lider bu fikri söyləməklə azərbaycanlı olaraq şürumuzun ən alt qatlarına toxunub. Bu şüar deyil, bizim qan yaddaşımız, 20 Yanvar faciəmiz, Xocalı soyqırımmız, şəhidlərimizdir. O ki qaldı kimin quberniya olmaq məsələsinə, əslində İrəvan bu statusa tam uyğun gəlir. Lakin Rusiyanın deyil, Azərbaycanın quberniyası kimi. Ermənistan qondarma dövlətdir və tarixən Azərbaycan torpaqlarında yaranıb. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy bu şəhər Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB