YAP hesabat-seçki yığıncaqlarını davam etdirir FOTOLAR

YAP hesabat-seçki yığıncaqlarını davam etdirir FOTOLAR

Daşkəsən

YAP Daşkəsən rayon təşkilatının "Daşkəsən Filizsaflaşdırma" ASC, Qaz İstismar İdarəsi və Yaşıllaşdırma İdarəsi ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

"Daşkəsən Filizsaflaşdırma" ASC ərazi ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Cavanşir Qocayev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək Ulu Öndər Heydər Əliyev ideyalarına arxalanaraq ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin dönmədən və ardıcıllıqla həyata keçirilməsində partiya üzvlərinin daha yüksək fəallıq nümayiş etdirdiklərini bildirib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Elizbar Ələkbərov "Daşkəsən Filizsaflaşdırma" ASC ərazi ilk partiya təşkilatının yeni sədri, Aynur Mahmudova Qaz İstismar İdarəsi Bakir Qurbanov isə Yaşıllaşdırma İdarəsi ərazi ilk partiya təşkilatlarının sədri seçiliblər.

Eyni zamanda, hər üç hesabat-seçki yığıncaqlarında rayon təşkilatının IX konfransına nümayəndələr seçilib və bir qrup gənc YAP sıralarına qəbul olunub.

Şəmkir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransına hazırlıq işləri davam edir. Növbəti tədbir YAP Şəmkir rayon təşkilatı Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatında keçirilib. Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatının sədri Səyyar Məsimov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.

İclasda Yuxarı Seyfəli kənd ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Nərxanım İsrafilova, Nüşirəvan Mövlayev, Elxan Hüseynov və başqaları çıxış edərək, ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildiriblər. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edib.

Sonda ərazi ilk partiya təşkilatının sədr, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Şəmkir rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Suraxanı rayonu

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Oleq Nikolayeviç Mamontovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində Oleq Nikolayeviç Mamontovun döyüşdüyü Səbail Tank Batalyonu haqqında qısa film nümayiş etdirildikdən sonra, bir dəqiqəlik sükutla Oleq Nikolayeviç Mamontovun və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi yad edilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd edib ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırımı siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın etdilər: "Ölkəmizdə yaşayan, Azərbaycanı Vətəni hesab edən ruslar, yəhudilər, ukraynalılar, ləzgilər, tatarlar, talışlar və digər millətlərin nümayəndələri döyüşə yollanaraq, ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazdılar. Belə döyüşçülərdən biri də Səbail Tank Batalyonunda döyüşən Oleq Nikolayeviç Mamontov olmuşdur. O, Ağdam istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. 1993-cü il oktyabrın 12-də Ağdam uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələn Oleq döyüş meydanında şəhid olmuşdur".

"Dədə Qordud" Milli Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək, bildirib ki, Oleq Nikolayeviç Mamontov "Dədə Qorqud" Milli Fondunun "Vətən Övladı" ordeni ilə (ölümündən sonra), anası Yelena Mamontova isə "Mehriban Ana" ordeni ilə təltif edilib. Ordenlər Oleq Nikolayeviç Mamontovun anası Yelena Mamontovaya təqdim edilib.

Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin nümayəndəsi Konstantin Ata, Azərbaycan Hərb Tarixi

Muzeyinin rəis müavini Lalə Hüseynova, Səbail Tank Taburunun sabiq komandiri Hacı Əzimov, Oleq Mamontovun cəbhə yoldaşları çıxış edərək, Oleq Mamontovun qəhrəmanlığından danışmış, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə, həmçinin, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev multikultural dəyərlərin, tolerantlıq ənənələrinin təbliğində və Suraxanı rayonunun ictimai həyatında fəal iştirakına görə, Suraxanı rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Masallı

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir. Masallı rayon Mərkəzi Xəstəxana ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Cəlil Nəzərov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib və keçən konfransdan bu günədək görülən işlərdən danışıb.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev dünyada baş verən gərgin ictimai-siyasi proseslərin fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən bəhs edərək, bildirib ki, ölkəmiz bütün sahələr üzrə böyük uğurlar qazanır və dünya dövlətləri arasında nüfuzu durmadan artır.

Yığıncaqda ərazi ilk partiya təşkilatında idarə heyətinin yeni tərkibi, sədri və müavinləri, həmçinin, YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə