Millət vəkili: “Olland erməni diasporunun təkidi altında bəyanat verib” MÜNASİBƏT

Millət vəkili: “Olland erməni diasporunun təkidi altında bəyanat verib” MÜNASİBƏT

"Fransa prezidentinin söylədiyi fikirlər ədalətdən kənar, eləcə də erməni diasporunun təkidi altında verilən bəyanatdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Aprel ayında Fransada yeni seçkilərin keçiriləcəyini xatırladan millət vəkili qeyd edib ki, Olland belə ifadələr işlətməklə erməni diasporunun təkidi ilə seçkilərdə müəyyən uğur qazanmaq niyyətindədir: "Olland kimi nüfuzlu şəxsin belə bir hərəkətə yol verməsinə təəssüflənirəm. Düşünürəm ki, bu, onun ən kobud səhvidir. Prezident olan bir şəxs bu cür ədalətsiz mövqe nümayiş etdirməməlidir. Bu yanlış və narahatedici bir haldır".

Minsk qrupu formatının dəyişdirilməsi məsələsinə münasibət bildirən millət vəkili qeyd edib ki, formatın dəyişdirilməsi Azərbaycanın xeyrinə işləməyəcək: "Minsk qrupu formatının dəyişdirilməsi digər məsələlərə gətirib çıxara bilər. Bu baxımdan formatın dəyişdirilməsi ilə əlaqədar hər hansı məsələnin qaldırılmasına lüzum yoxdur. Çünki bu bizim xeyrimizə olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə