Zaur Məmmədov: “Azərbaycan üçün belə çıxışların önəmi yoxdur” AÇIQLAMA

Zaur Məmmədov: “Azərbaycan üçün belə çıxışların önəmi yoxdur” AÇIQLAMA

"Azərbaycan öz xarici siyasətində digər dövlətlərlə olduğu kimi Fransa ilə də əlaqələrə önəm verir. Məlum hadisələrə, fransalı siyasətçilərin erməni sevgisinə baxmayaraq dövlətimiz tərəfindən Fransada bir sıra layihələr keçirilib, orada ictimai – siyasi fəaliyyətlə məşğul olan bir sıra şəxslərlə yaxşı əlaqələr qurulub. Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ "əhalisi"nin öz müqəddəratını təyinetməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycana qarşı qeyri – diplomatik, qeyri – etik bir bəyanatdır". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Fransa həm də Minsk qrupunun üzvü kimi münaqişəyə dair bəyanatlarda beynəlxalq hüquq çərçivəsindən çıxış etməlidir: "Bəli, biz yaxşı başa düşürük ki, ABŞ-da olduğu kimi, Fransada da güclü erməni lobbisi var və seçkilərdə onların səsini toplamaq üçün ermənipərəst çıxışlara rastlaşmaq mümkündür. Lakin, Olland seçkilərə qatılmayacaq. Fikirləşirəm ki, onun çıxışı məsuliyyətsiz bir çıxışdır. Onsuz da hakimiyyətdən gedir.

Digər tərəfdən, Azərbaycan üçün belə çıxışların önəmi yoxdur. Ermənilər bu kimi çıxışlara diqqəti cəlb etmək istəyirlər. Biz yaxşı olardı ki, bu kimi sabahı olmayan çıxışlara diqqət etməyək".

Bütün xəbərlər Facebook səhifəmizdə