Elmar Məmmədyarov: "GUAM-a üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur"

Elmar Məmmədyarov: "GUAM-a üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur"

"Həm geniş, həm də təktərkibli görüşlərdə Azərbaycan-Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Mixail Canalidze ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Keçirilən görüşlərdə iki ölkə arasında enerji layihələri, nəqliyyat məsələsinin müzakirə edildiyini deyən nazir qeyd edib ki, Bakı -Tbilisi-Qars dəmiryolu əsas müzakirə edilən məsələlərdən olub: "Bu il dəmiryolu işə başlayacaq. Bu dəmir yolu hər 3 ölkənin inkişafında mühüm rol oynayacaq. Görüşlərdə Azərbaycan -Türkiyə- Gürcüstan formatına dair fikir mübadiləsi apardıq. Bu ilin 6 ayında görüş keçirməyi planlaşdırırıq".

"Həmçinin görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə etdik. Gürcüsan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. GUAM-a sədrlik Gürcüstandadır. Bununla bağl müzakirələr aprmaqla yanşı, təşkilatın daha da gücləndirilməsinə dair fikir mübadiləsi apardıq. Yaxın 2-3 ay müddətində ora üzv ölkələrin yüksək səviyyəli görüşü nəzərdə tutulur - deyə, XİN başçısı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə