ABŞ Şimali Koreyaya yardım edəcək? TƏBİİ FƏLAKƏT

ABŞ Şimali Koreyaya yardım edəcək? TƏBİİ FƏLAKƏT

Amerika hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) 2016-cı ildə ölkədə baş vermiş güclü və dağıdıcı daşqınların aradan qaldırılması üçün yardım etmək qərarına gəlib.

Hazırda ABŞ-la Şimali Koreya arasında heç bir diplomatik əlaqələr mövcud deyil. ABŞ-ln Pxenyanda maraqlarını isə oradakı İsveç səfirliyi həyata keçirir.

KXDR-in milli meteorologiya idarəsinin məlumatına görə, ölkənin şimalında baş vermiş dağıdıcı daşıqnlar son 60 ilin ən güclü təbii fəlakəti olub. 29 avqust tarixindən 2 sentyabr tarixi arasında regionda normadan artıq yağış yağıb. Nəticədə Tumanqan çayı məcrasından çıxıb və ətrafa dağıdıcı ziyan vurub. Ölkədə on minlərlə yaşayış və dövlət idarələri binaları dağılıb, energetik və nəqliyyat sistemi işləməyən vəziyyətə düşüb. Daşqınlar nətiicəsində 130 insan həlak olub, 400 nəfər isə itkin düşüb. Ümumiyyətlə, daşqınlar ölkənin şimalında 600 min insanın həyatına kəskin neqativ təsirlərini göstərib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə