Rəsmi Bakı üçtərəfli görüşə razılıq verib

Rəsmi Bakı üçtərəfli görüşə razılıq verib

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov mən Moskvada olarkən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təklif irəli sürmüşdü. Mən görüşə hazır olduğumu bildirdim". SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib. O bildirib ki, görüşün vaxtı ilə bağlı məsələ müzakirə olunmadı: "Bunu tərəflər razılaşdırmalıdır. Hələ ki, bizə dəqiq tarixlə bağlı təklif daxil olmayıb, lakin bizim prinsipial razılığımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə