Lapşinin işinin həddən artıq siyasiləşdirilməsi bizi hiddətləndirir Məmmədyarov

Lapşinin işinin həddən artıq siyasiləşdirilməsi bizi hiddətləndirir Məmmədyarov

"Azərbaycan hakimiyyətini Rusiya-İsrail bloqqeri Aleksandr Lapşin ətrafında vəziyyətin siyasiləşdirilməsi hiddətləndirir. Onunla bağlı qərarı məhkəmə verəcək. SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində deyib.

"Məsələnin həddindən artıq siyasiləşdirilməsi məni təəccübləndirir. Onu bloqqer adlandırırlar. Əgər mühəndis olsaydı, onunla maraqlanardılar? O qanunları pozub və hüquqi əsaslandırma ilə cinayət işi açılıb, İnterpol xətti ilə sorğu verilib, Belarusda saxlanılıb. Bu, MDB çərçivəsində Kişinyov Konvensiyasına uyğun olaraq həyata keçirilib. Hər şey qanun çərçivəsində edilib. Lapşinin bloqqer olması ilə bağlı pekulyasiyalar onun qanun qarşısında toxunulmazlığı demək deyil", nazir əlavə edib..

Bütün xəbərlər Facebook səhifəmizdə