"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, ölkəmizin ərazisinə icazəsiz gələn istənilən şəxsi məhz bu cür sonluq gözləyir. Bu, həm də bir mesaj idi". Bu sözləri millət vəkili Eldəniz Səlimov Lapşinin ekstradisiyası ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartlar olduğu kimi, Aleksandr Lapşinin məsələsində də əvvəlcədən bu standartlar görünürdü. Xüsusilə Rusiya bu məsələdə onun ekstradisiyasının qarşısını almağa cəhdlər göstərirdi. Lakin bu cəhdlər boşa çıxdı və ədalət qalib gəldi: "Baxın, yalnız Rusiya deyil, eləcə də separatçı rejimi dünyada legitim olaraq tanıtmaq istəyənlər bu hadisəni insan hüquqlarının pozulması kimi dəyərləndirirlər. Lakin onların bu istəkləri baş tutmamaqla yanaşı, Azərbaycan dünya birliyinə çatdırdı ki, bu gün Dağlıq Qarabağdan qaçqın düşmüş yüz minlərlə vətəndaşımız hələ də işğalçılıq siyasətinin qurbanları olaraq qalmaqdadırlar. Lapşin isə erməni lobbisinin pulları hesabına bu insanlarımızın taleyi ilə oynamağa çalışırdı. İndi isə müvafiq cavabını alacaq".
Eldəniz Səlimov həmçinin bildirib ki, narazılıqlara baxmayaraq, Azərbaycan hökuməti, Prezident İlham Əliyev cənabları çox qətiyyətli addım atdı: "Bu, həm də Azərbaycan vətəndaşlarının öz ölkəsində özlərini daha da inamlı hiss etmələrinə səbəb olan bir addımdır. Bu qətiyyət və prinsipiallıq Azərbaycanın dünya ölkələri içində nə qədər güclü diplomatiyaya malik olmasını da təsdiq edir. Vaxt gələcək, Azərbaycan dövləti interpol axtarışına verilmiş qaniçən və terrorçu Serj Sarkisyanın da ekstradisiyasına nail olacaq. Bundan kimsə şübhə etməsin"
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB