Qobustan
YAP Qobustan rayon təşkilatı Qobustan rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Emin Hüseyn hesabat məruzəsi ilə çıxış edərək, keçən konfransdan bu günədək görülən işlərdən danışıb.
YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ilk təşkilatımızın partiyanın Proqram və Nizamnaməsini əlində rəhbər tutaraq, öz üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində əzmlə çalışdığını qeyd edib.

Qobustan rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatı üzvləri yekdilliklə Emin Hüseynin ilk partiya təşkilatına sədr seçilməsini dəstəklədiklərini bildiriblər.
Hesabat-seçki yığıncağında çıxış edən partiya fəallarından Qurban Kərimov, Balamirzə Mənsimov, Anar Bayramov və digərləri çıxış edərək, ötən dövr ərzində ilk partiya təşkilatının işini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında ərazi ilk partiya təşkilatının sədri, həmçinin, YAP Qobustan rayon təşkilatının VII konfransına 25 nəfər nümayəndə seçilib.
Ağdam
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıq çərçivəsində rayon təşkilatının növbəti hesabat-seçki yığıncağı Yeni İmamqulubəyli qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib.
Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Musa Abdullayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra, hesabat məruzəsi ilə çıxış edib.

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Yeni İmamqulubəyli qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ilk partiya təşkilatına Musa Abdullayev yenidən sədr, müavinləri Xətai Abdullayev, Ayaz Əzimov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 2 nəfər nümayəndə seçilib.
xxx
Növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının Yevlax ərazisi üzrə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirə edilib.
Ərazi ilk partiya təşkilatının sədri Vaqif İsmayılov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barəsində geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Yevlax ərazisi ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ilk partiya təşkilatının yeni tərkibi seçilib. Ceyhun Bağırov ərazi ilk partiya təşkilatının sədri, müavinləri isə Tofiq Əliyev, Rafail Atayev, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 4 nəfər nümayəndə seçilib.
Yevlax
YAP Yevlax rayon təşkilatı Maliyyə məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncağı keçirilib. Maliyyə məhəlli ilk partiya təşkilatının sədr müavini İbrahim Rəsulov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. İlk təşkilatın fəaliyyəti barədə hesabat verərərək bildirdi ki, partiya –uçot ilərinin intizamla aparılması ilə yanaşı təşkilatımız rayonun bütün ictimai siyasi tədbirlərində yaxından və fəal iştirak edir. Cari hesabat dövründə də işlərimizi davam etdirəcəyik. İclasda Maliyyə idarəsinin rəisi Rza Əliyev məhəlli ilk partiya təşkilatinin fəal üzvləri adından çıxış edərək bildirdi ki bizim amalımız birdir, yolumuz Heydər Əliyev yoludur. Biz xoşəbəxt gələcəyimizi yalnız bu yolda görürük. Ona görə də həm xidməti işimizdə həm də siyasi fəaliyyətimizdə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək yalnız uğurla addımlamağı qarşımıza məqsəd qoymuşuq.

Hesabat yığıncağında iştirak edən YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməsindən, Partiyanın bu gün Ulu Öndər Heydər Əliyev ideyalarına arxalanaraq ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin dönmədən və ardıcıllıqla həyata keçirilməsində YAP üzvlərinin səfərbər olunmasından danışdı. Yeni seçilən tərkibə uğurlar arzuladı. Maliyyə məhəlli ilk partiya təşkilatına Rza Əliyev yeni sədr, rayon təşkilatının IX konfransına nümayəndələr seçildi.
Masallı
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Tərtib olunan qrafikə uyğun olaraq, dünən rayon təşkilatının Öncəqala ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatının hesabat məruzəsi dinlənilib, ötən dövr ərzində ilk partiya təşkilatında görülən işlər, təşkilat üzvlərinin rayonun ictimai həyatında iştirakının artırılması, partiya sıralarına qəbul və digər məsələlər haqqında ətraflı məlumat verilib.

Yığıncaqda YAP Masallı rayon təşkilatı aparatının məsul işçiləri Cəlal Əliyev və Eldar Kazımov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında və dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu barədə danışıblar.

Yığıncaqda çıxış edən Elmira Zeynalova və başqaları hesabatı qənaətbəxş qiymətləndiriblər.
Daha sonra tədbirdə ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvləri, sədri, sədr müavinləri və YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Zərdab
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının VIII konfransına hazırlıqla bağlı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları qrafik üzrə davam etdirilir. Nvbəti tədbir YAP rayon təşkilatı Bıçaqçı kənd ərazi ilk partiya təşkilatında keçirilib.
Bıçaqçı kənd ərazi ilk partiya təşkilatının sədri Azər Məlikov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.

Hesabat-seçki yığıncağında şura üzü Qafur Məmmədov, Bıçaqçı kənd ərazi ilk partiya təşkilatının fəal üzvlərindən Əlif Qurbanov, Eyvaz Rəsulov, Ruhulla Yusifov, İradə Əmrahova, Alıhüseyn Əliyev və digərləri çıxış edərək, kənd ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirərək, təşkilat sədrinin hesabatının nəzərə alınmasını təklif etdilər.
Hesabat yığıncağında rayon icra hakimiyyəti başçısının müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova çıxış edərək, partiyanın yarandığı tarixdən hal-hazırkı dövrə qədər keçdiyi yola nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin və partiyanın inkişafındakı xidmətlərindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin ölkəmizin inkişafındakı xüsusi xidmətlərindən, beynəlxalq nüfuzunun gündən-günə artmasından və digər məsələlərdən danışıb.
Hesabat-seçki yığıncağında partiya üzvlərinin açıq səsverməsi ilə Azər Məlikov yenidən ərazi ilk partiya təşkilatının sədri, Alıhüseyn Əliyev isə sədr müavini, həmçinin, 5 nəfərdən ibarət idarə heyəti və rayon təşkilatının VIII konfransına nümayəndələr seçilib.
Nəsimi rayonu
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Konfransı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra, bildirib ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatı ən monolit özəklərdən biridir.

O, vurğulayıb ki, Ulu Öndərin alternativi olmayan siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirməklə, ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, ölkədə aparılan düzgün siyasət, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, dəmir yolunda həyata keçirilən uğurlu islahatlar haqqında danışıb və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Sonra YAP Nəsimi təşkilatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatına Xeyrulla Hümbətov sədr, sədrin müavinləri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransına nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB