Fransanın keçmiş prezidenti Nikolya Sarkozi "Biqmalion" işi üzrə məhkəmə qarşısına çıxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat verib. "Biqmalion" işi Sarkozinin 2012-ci ildəki seçkiqabağı kampaniyasının maliyyələşdirilməsinə aiddir. Sarkozi və onun "Xalq hərəkatına dəstək ittifaqı" partiyası müxtəlif hiylələr işlətməklə kampaniyaya ayrılan maksimal vəsait limitini nəzərəçarpacaq dərəcədə keçib.
İstintaq versiyasına əsasən, kampaniyaya 22,5 milyon avro yerinə ən azı 40 milyon avro yatırılıb. Əməliyyatın nəzərəçarpacaq hissəsi "Biqmalion" reklam şirkəti vasitəsilə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB