ABŞ-ın "Fox News" telekanalının tanınmış aparıcısı Bill O’Rayli Kremlin ona Rusiya prezidenti Vladimir Putindən üzr istəmək təklifinə cavab verib. Belə ki, amerikalı jurnalist ABŞ prezidenti Donald Trampla müsahibəsi zamanı Rusiya prezidentini "qatil" adlandırmışdı. SİA xəbər verir ki, bu barədə "The Hollywood Reporter" yazır.
Bill O’Rayli Kremlin ona ünvanlandığı təklifə ironik cavab erərək üzr istəmək fikrində olmadığını dolayısı ilə qeyd edib. "Mən üzrxahlıq üzərində işləyirəm və bu bir müddət vaxt aparacaq, uzağı 2023-cü ilə qədər"-deyə teleaparıcı bildirib.
Qeyd edək ki, bundan öncə RF prezidentinin məətbuat katibi Dmitri Peskov reportyorun "qatil" replikasını təhqir kimi qəbul olunduğunu bəyan edib və Putindən üzr istəməli olduğunu vurğulayıb. Maraqlıdır ki, jurnalistin məlum sualına cavabında Trampın münasibəti barədə Peskov heç nə deməyib.
Xatırladaq ki, fevralın 5-də "Fox News"ə müsahibə verən Donald Tramp Bill O’Raylinin Putini "qatil" adlandırmasına cavab olaraq deyib ki, "Gəlin bir daha baxaq görək nələr etmişik. Bir çox səhvlərimiz olub. Məsələn, mən İraqda müharibənin başlanmasına əvvəldən qarşı olmuşam".
Jurnalist isə sual edərək yenidən qeyd edib ki, "Məgər bütün bunlar yalnız səhvlər olub və qətllər baş verməyib?"
Tramp cavabında vurğulayıb: "Yaxşı. Ancaq bir çox insanlar həlak olub. Dünyada nə qədər istəsəniz qatillər var. Siz necə fikirləşirsiniz, məgər bizim ölkə o qədər pak və günahsızdır?".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB