Politoloq: “Düşmənə ən tutarlı cavab güc nümayişidir” MÜNASİBƏT

Politoloq: “Düşmənə ən tutarlı cavab güc nümayişidir” MÜNASİBƏT

"Ümumiyyətlə fərqi yoxdur, istənilən Azərbaycan əsgərinə və yaxud əsgərlərimizin nəşlərinə qarşı ermənilər tərəfindən təşkil olunan iyrənc və çirkin oyunlar tərəfimizdən tez bir zamanda ciddi cavablandırılmalıdır". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ermənilər hər əsirimiz, hər şəhidimiz qarşısında cavab verməlidirlər: "Azərbaycan ordusu düşmən ölkədən qat-qat üstündür. Biz hər əsgərimizin qanına onlarla erməninin məhv edilməsi ilə cavab verməliyik və veririk də. Düşmənə ən tutarlı cavab güc nümayişidir. Təəssüflər olsun ki, beynəlxalq aktorlar düşmənin iyrənc oyunlarını görə-görə onlara qarşı heç bir addım atmır".

Bütün xəbərlər Facebook səhifəmizdə