Azərbaycanla Pakistan arasında münasibətlərin daha da inkişaf etdirilməsini qarşıma məqsəd qoymuşam". SİA-nın məlumatına görə, bunu Pakistan İslam Respublikasının Azərbaycandakı yeni səfiri Said Xan Mohmand jurnalistlərə deyib. O bildirib ki, iki ölkə arasında siyasi münasibətlər çox yüksək səviyyədədir: "Hərbi və iqtisadi əməkdaşlığımız da inkişaf etməkdədir Lakin bu sahələrdə əlaqələri daha yüksək səviyyəyə çatdırmağı düşünürük. Biz Azərbaycanla olan münasibətlərə dəyər veririk". Diplomat iqtisadi əlaqələrə də toxunub. Onun sözlərinə görə, Şimal- Cənub dəhlizinin açılmadı faydalıdır: "Azərbaycanın iqtisadi yüksəlişi Pakistanın iqtisadi yüksəlişi deməkdir". O bildirib ki, Prezident İlham Əliyevin Pakistana səfəri zamanı enerji məsələsinin müzakirəsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB