Rusiya vətəndaşı Aleksey Qubaryov ABŞ-da fəaliyyət göstərən "BuzzFeed" saytını və saytın şef-redkatoru Ben Smiti məhkəməyə verib. SİA CNN-ə istinadən xəbər verir ki, sayt rəhbərliyi Donald Tramp barədə gedən informasiyada yoxlanılmamış məlumat dərc edib. Belə ki, dezinformasiya xarakterli məlumatda Qubaryovun və onun şirkətinin adı hallanıb. Florida ştatında qaldırılan iddiada rusiyalı onun nüfuzuna dəymiş ziyanın ödənilməsini tələb edib. Qubaryov ziyan müqabilində 15 min dollar istəyib.
Onun məhkəməyə müraciətinin üzərindən keçən bir neçə saatdan sonra "BuuzFeed" saytı rəsmi şəkildə uzrxahlıq edib və Aleksey Qubaryov, eləcə də onun şirkəti barədə gedən qeyri-dəqiq informasiyanı silib.
Qeyd edək ki, sözügedən məlumatda Qubaryovun Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən verbovka olunduğu və seçkilər ərəfəsində onun Demokratlar partiyasının seçki kampaniyası barədə informasiyalara müdaxilə etdiyi, bir sıra gizli şifrələri sındırdığı iddia olunmuşdu.
Aleksey Qubaryovun özü isə XBT şirkətinin direktorudur. Şirkət saytların hostiqi və dünya üzrə server təminatları ilə məşğul olur. Aleksey deyib: "Tramp haqqında bəhs edən dezinformasiya və mənin adımım, eyni zamanda şirkətimin fəaliyyətinin bu məsələdə hallandırılması müasir jurnalistikada ən məsuliyyətsiz hadisələrdən biridir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB