Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatları məlumatlandırıb və bu istiqamətdə zəruri tədbirlər görülür.

SİA-nın verdiyi məlumata görə, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə