Milli Məclis iki komissiyanın tərkibini təsdiqlədi

Milli Məclis iki komissiyanın tərkibini təsdiqlədi

Azərbaycan Milli Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyasının tərkibi təsdiq edilib. SİA-nın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Parlamentin komissiyalarının tərkibində dəyişiklik edilməyib.

Belə ki, qanunverici orqanın İntizam Komissiyasında əvvəlki tərkib - deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Hesablayıcı Komissiyaya isə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Orucov , Mixail Zabelin daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə