Spiker: "Parlament ötən sessiyada öhdəsinə düşənləri yerinə yetirib"

Spiker: "Parlament ötən sessiyada öhdəsinə düşənləri yerinə yetirib"

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası işini davam etdirir. SİA-nın xəbərinə görə, yaz sessiyası Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.

Daha sonra spiker Oqtay Əsədov deputatlara gələcək faəliyyətlərində uğurlar arzu edərək, parlamentin payız sessiyasındakı fəaliyyəti haqqında məlumat verib.

O deyib ki, Parlament ötən sessiyada qanunvericiliklə bağl öz öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib: " Ötən il Azərbaycan prezidenti tərəfindən həyata keçirilən iqtisadi islahatlar bu il öz müsbət təsirlərini göstərəcək. Yaz sessiyasında bir sıra mühüm qanun layihələriilə yanaşı bir sıra qurumların hesabatları dinləniləcək ki, bura hökumətin, Ombudsmanın, Hesablama Palatasının hesabatları daxildir".

Bütün xəbərlər Facebook səhifəmizdə