YAP Binəqədi rayon təşkilatında görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında YAP-a üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşü giriş nitqi ilə açan Ramiz Göyüşov təşkilatın binasının açılışının 2013-cü ilin iyul ayının 3-də ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin iştirakı ilə baş tutduğunu diqqətə çatdırıb. Bu inzibati binanın dövlət başçısı tərəfindən bütün partiya üzvlərinə hədiyyə edildiyini və onların bütün təşəbbüslərinin, ideyalarının burada reallaşması üçün onlara dəstək göstərildiyini söyləyib. R.Göyüşov, həmçinin, YAP-ın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin böyük siyasi çətinliklərə baxmayaraq, ölkəmizi düşdüyü ağır bəlalardan böyük xilaskarlıqla qurtardığını bildirib. YAP-ın yaranması və Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə bütün çətinliklərin arxada qaldığını və ölkəmizin böyük inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğulayıb.

Görüşdə çıxış edən YAP üzvlüyünə namizədlər partiyaya qoşulmağın onların şəxsi təşəbbüsləri olduğunu və könüllü olaraq, YAP sıralarında təmsil olunmaq istədiklərini bildiriblər.Onlar ölkəmizin ictimai-siyasi sabitliyinin, dünyada böyük hörmət və nüfuz qazanmasının məhz dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin uğurlu siyasətinin bariz göstəricisi olduğunu vurğulayıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə