Elmar Məmmədyarov Azərbaycan əsgərinin meyitinə münasibət bildirdi

Elmar Məmmədyarov Azərbaycan əsgərinin meyitinə münasibət bildirdi

"ATƏT-in Minsk qrupu ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-17-də görüşümüz olacaq". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, Azərbaycan tərəfi nazirlər səviyyəsində görüşə müsbət cavab verib.

E.Məmmədyarov Azərbaycan əsgərinin meyitinin hələ də Ermənistanda saxlanmasına münasibət bildirib və qeyd edib ki, həm Moskvada, həm də ATƏT-in Minsk qrupu ilə bu məsələ ilə bağlı danışıqlar aparıb: "Bu Ermənistan tərəfindən düzgün hərəkət deyil. Onlar az qala ölü ilə müharibə aparırlar. Biz gec-tez bu məsələnin həllinə nail olacağıq. Mən bunu həm Moskvada, həm də həmsədrlərlə görüşlərimdə müzakirə etmişəm. Ermənistanın bu addımı qeyri-humanistdir".

Bütün xəbərlər Facebook səhifəmizdə