YAP GB sədri: “Prezidentin “İslam Həmrəyliyi İli” ilə bağlı Sərəncamını alqışlayırıq” AÇIQLAMA
"2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çox mühüm hadisədir. Bu gün reallıqdır ki, islam dünyasında həmrəylik çox aşağı səviyyədədir. Biz bunu desək, deməsək də qəbul olunmuş bir məsələdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Birlik sədrinin sözlərinə görə, islam dünyasındakı mərkəzdə durub birləşdirici bir mövqedə iştirak etmək və multikultural, tolerant dövlət necə olmalıdır, əhalisinin 98 faizdən çoxu müsəlman olub həm islam dünyasına bağlı, həm də qərb dəyərlərini özündə ehtiva edən şərqlə-qərbi birləşdirən və heç bir məzhəb çatışması yaşamayan, süni-şiə vəhdət namazı qılan yeganə dövlətlərdən biriyik ki, məhz bu oyunlar Azərbaycanda keçirilir: "İslam həmrəyliyi necə olmalıdır, ümumiyyətlə əhalisi islam olub da bazar iqtisadiyyatında inkişaf edən dövlət modelini biz dünyaya nümayiş etdirməyimiz üçün böyük bir nümunədir. Biz Prezidentin bu sərəncamını alqışlayırıq. Məhz İslam Həmrəyliyi Oyunları ilə bağlı biz tədbirlər planı hazırlayacayıq. Azərbaycanda bununla bağlı maarifləndirici, beynəlxalq tədbirlərin keçirilməsi üçün YAP GB tərəfindən müvafiq addımlar atılacaq. Təbii ki, bütün bunlar Partiyamızın dəstəyi ilə baş tutacaq.
Bundan əlavə "İslam Həmrəyliyi İli"nin təsisi ümumiyyətlə dünyadakı islam dövlətlərinə bir siqnaldır. Həqiqətən də islam dünyası həmrəy və bir yerdə olmalıdır ki, inkişaf etsin. Dünya iqtisadiyyatındakı ümumi daxili məhsulun payına baxanda müsəlman ölkələri çox aşağı səviyyədədir. Təbii ki, bunun kökündə həmrəyliyin olmaması, daxili çəkişmələr dayanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB