Anqlikan killsəsi eynicinslilərin nikahına qaşrı çıxdı RƏDD

Anqlikan killsəsi eynicinslilərin nikahına qaşrı çıxdı RƏDD

İngiltərənin yepiskoplar şurası (Church of England) eynicinslilərin evlənməsi məsələsindəki rəddetmə mövqeyini dəyişməyəcəyini bəyan edib. SİA-nın məlumatına görə, bu barədə Britaniyanın "The Independent" nəşri yazır.

"Müvafiq məruzə 2017-ci ilin fevralında Anqlikan kilsəsinin baş sinoduna təqdim olunacaq" yazan nəşrdə bildirilir ki, yepiskoplar şurasının iki illik müzakirəsindən sonra kilsə yalnız kişi ilə qadın arasında nikahın baş tutmasını dəstəkləyə bilər.

Yepiskop Qrem Ceyms norviçskiy bəyan edib ki, tarixi mərhələlərdə yaranan müxtəlif dəblərə rəğmən, öz doktrinalarını dəyişilməz saxlamalıdır. O, əlavə edib ki, din xadimlərinin bu qərarı bəzi insanlar tərəfindən çətin qəbul oluna bilər, lakin Anqlikan kilsəsində sözügedən məsələ ilə bağlı müxtəlif mövqelər mövcuddur.

Xatırladaq ki, xristian dininin parçalanmış qollarının bəzilərində - katoliklərdə, lüteranlarda və s. eynicinslilərin evlənmə mərasimləri keçirilir və bu, onları dəstəkləməyən digər kilsələərin, eləcə də Anqlikanların, Ortodoksların (pravoslavların) etirazlarına səbəb olmaqdadır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə