"Azərbaycan prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır. Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.
YAP-ın Sədr müavinin sözlərinə görə, sərəncam Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirdiyi çox əhəmiyyətli addımlardan biridir: "Azərbaycan dövləti və hökuməti bununla işğal atında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Biz işğaldan azad etdiyimiz torpaqları bir kəndin timsalında bərpa etməklə, cəmiyyətin yüksək əhval-ruhiyyəsini, ovqatını bütün dünyaya, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə mesajlarımızı vermiş oluruq. Bütün cəmiyyətimizin əhval-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, bu ərazilər bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da, həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq".
Ə.Əhmədov bildirib ki, Cocuq Mərcanlıda görüləcək işləri dövlət həyata keçirəcək: "Amma düşünürəm ki, torpaqlarımız işğaldan azad edildikcə, beynəlxalq qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcəklər, qrantlar ayıracaqlar. Lakin bu, gələcəyin işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB