Erməni kursantının ölüm səbəbi QİSAS...

Erməni kursantının ölüm səbəbi QİSAS...

18 yaşlı erməni kursantı Sarqis Apinyanın ölümü ətrafında qalmaqallar böyüməkdədir. SİA Ermənistanın "Faktİnfo.am" saytına istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra erməni həbrçisinin ölümünə səbəb keçirdiyi "infarkt" olub.

"Sarqis Apinyan Myasnikyan kəndində yaşayıb və ailəənin bir oğul övladı olub. Onun atası da hərbi qulluqçudur, kapitandır. Sarqisdən əlavə onun daha iki qız övladı var", - deyə verilən məlumatda bldirilir. Qeyd edilir ki, aparılan istintaq nəticəsində kursantın halının "anidən pisləşməsi" məlum olub və o, tibbi məntəqəyə aparılarkən yolda ölüb.

Lakin əsgərin həbrçi atası və yaxınları onun infarktdan ölməsinə inanmırlar. Sarqis Apinyanla birgə xidmət keçən digər kursantların sözlərinə görə, o ürək nahiyəsinə vurulan yumruq zərbəsi nəticəsində xəsarət alıb və dünyasını dəyişib.

Həmçinin iddia olunur ki, əsgərin ölümünə digər səbəb onun başqa hərbi hissədə hərbi xidmət aparan zabit atasının digər əsgərlərlə kobud davranması qarşılığında alınan qisasdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə