"İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin imzaladığı sərəncam cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb". Bunu SİA-ya açıqlamasında politoloq Rasim Alıyev deyib.
Onun sözlərinə görə, sərəncam eyni zamanda bütün dünyaya göstərdi ki, Azərbaycan Prezidenti işğal edilmiş ərazilərin tam şəkildə geri qaytarılması yolunda qətiyyətli addımlar atmaqdadır və biz bu istiqamətdə davam edəcəyik. Politoloq bildirib ki, bu sərəncam doğma torpaqlarımıza qayıdışın başlanğıcıdır: "Hər birimizdə yaxın vaxtlarda doğma torpaqlarımıza qayıtmaqla bağlı böyük ümid yaranıb. Azərbaycan hansı yolla olursa olsun, öz torpaqlarını düşməndən azad edəcək. Bu bir faktdır və Ermənistana verilən dəstəkdən asılı olmayaraq biz bu məqsədimizə çatacağıq. Dövlət başçısı zamanında bu sərəncamı verdi. Aprel döyüşlərində Azərbaycan ordusunun gücü bir daha dünyaya və işğalçı tərəfə sübut olundu. Əhalidə, həmçinin hərbçilərimizdə geriyə dönüşlə bağlı böyük ruh yüksəkliyi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB