YAP-ın konfransına hazırlıq işləri davam edir FOTOLAR

YAP-ın konfransına hazırlıq işləri davam edir FOTOLAR

YAP Nizami rayon təşkilatı

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir. 27 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatı Şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilmişdi. Məhz, həmin qrafikə əsasən artıq rayon təşkilatının 50-yə yaxın ilk partiya təşkilatında yığıncaqlar keçirilib və konfransa 130-dan artıq nümayəndə müəyyənləşdirilib.

Keçirilən ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarında rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, aparatın əməkdaşları Lamiyə Əhmədova, Günel Feyziyeva, Tünzalə Əliyeva, Selcan Novruzova, həmçinin, rayon İdarə Heyətinin və Şurasını üzvləri iştirak ediblər.

İclaslarda qeyd edilib ki, 1992-ci ildə respublikamızın bütün sahələrdə dərin tənəzzülə uğradığı bir dövrdə Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edilib. Bildirilib ki, YAP ağır dövrdə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Qısa vaxtda xalqın etimadını qazanan partiya böyük siyasi qüvvəyə çevrildi. Çətin sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş YAP bu gün cəmiyyətdə özünəməxsus aparıcı yer tutub.

Diqqətə çatdırılıb ki, YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirərək vətəndaşların partiyaya və dövlətçiliyə münasibətlərinin ifadəçisinə çevrilib. Bu gün rayon təşkilatının 12861 nəfər üzvü 142 ərazi ilk partiya təşkilatında birləşib.

Hesabat-seçki yığıncaqlarında ilk partiya təşkilatlarının hesabatları dinlənilib, sədr və müavinlər, idarə heyəti, Gənclər Birliyi və Qadınlar Şurası, eyni zamanda, rayon təşkilatının IX konfransına nümayəndələr müəyyənləşdirilib.

Sonda yubileyi və ictimai-siyasi fəaliyyətinə görə fərqlənən üzvlər fəxri fərmanla təltif edilib, partiyaya yeni qəbul olunmuş üzvlərə isə vəsiqələr təqdim olunub.

Qeyd edək ki, YAP Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri davam etdirilir.

YAP Səbail rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında XI Konfransa hazırlıq məqsədilə ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam etdirilir. Təsdiq olunmuş qrafikə əsasən növbəti hesabat-seçki yığıncağı 26 yanvar 2017-ci il tarixində "Təbiblər" ərazi ilk partiya təşkilatında (15 saylı uşaq poliklinikasında) keçirildi.

Yığıncaqda "Təbiblər" ərazi ilk partiya təşkilatının sədri Almas Ələkbərova ilk təşkilatın hesabatı ilə çıxış etdi. Sədr təşkilatda son illərdə görülmüş işlər, partiya sıralarına qəbul, üzvlük haqlarının köçürülməsi, rayonun ictimai-siyasi həyatında və ötən müddət ərzində keçirilən bütün siyasi kampaniyalarda partiya üzvlərinin fəal iştirakı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, ilk partiya təşkilatı bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov və digərləri "Təbiblər" ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirdilər. Bu sahədə qadın və gənc partiyaçıların fəallığı xüsusilə vurğulandı. Natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ictimai-siyasi həyatında artan nüfuzu, 2003-cü ildən etibarən yeni bir inkişaf dövrünə qədəm qoyan Azərbaycanın sistemli və kompleks inkişafı, ölkəmizdə əhalinin rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən sosial-iqtisadi proqramlar haqqında danışaraq qeyd etdilər ki, rayon partiya təşkilatı Bakının mərkəzi rayonlarından biri olan Səbail rayonunda partiyanın nüfuzunu və aparıcı rolunu daha da yüksəltmək üçün bundan sonra da əzimlə çalışacaqdır. Hesabat məruzəsi yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab olunaraq qəbul olundu.

Yığıncaqda "Təbiblər" ərazi ilk partiya təşkilatının yeni İdarə Heyətinin üzvləri, sədri, sədr müavini, eləcə də YAP Səbail rayon təşkilatının XI Konfransına ilk partiya təşkilatından nümayəndələr seçildi. Yığıncaq iştirakçıları yeni seçilən tərkibi təbrik edərək, onlara uğurlar arzuladılar.

YAP Ağdam rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına hazırlıqla əlaqədar rayon Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda 3 məsələ müzakirə edilib.

İlk partiya təşkilatın sədri Hünbət Mustafayev hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Telekommunikasiya Qovşağı ərazi ilk partiya təşkilatının fəaliyyəti yüksək qiymətləndirilmiş, sonra ərazi ilk partiya təşkilatına Hünbət Mustafayev yenidən sədr, müavin Samir Məmmədov və YAP Ağdam rayon təşkilatının X konfransına isə 1 nəfər nümayəndə seçilib.

Daha sonra növbəti hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyası Ağdam rayon Bənövşələr qəsəbə ərazi ilk partiya təşkilatında keçirilib. Yığıncaqda 3 məsələ müzakirəyə çıxarılıb.

Ərazi ilk partiya təşkilatının sədri Təvəkkül Rüstəmov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Yeni Azərbaycan Partiyası Ağdam rayon Bənövşələr qəsəbə ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab olunub. Sonra təşkilati məsələlərə baxılaraq, ərazi ilk partiya təşkilatının sədri Təvəkkül Rüstəmov, müavinləri Anar Həsənov, İlyas Abışov, 7 nəfərdən ibarət idarə heyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının X konfransına isə 3 nəfər nümayəndə seçilib.

YAP Cəlilabad rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları təsdiq olunmuş qrafikə uyğun olaraq davam edir. Bu yığıncaqlarıda bir qayda olaraq rayon təşkilatının idarə heyəti və şura üzvləri, rayon təşkilatı aparatının məsul işçiləri, qadınlar şurası və gənclər birliyinin idarə heyətinin üzvləri və nüfuzlu partiya fəalları iştirak edirlər.

Belə yığıncaqlardan biri də dünən Alar kənd ərazi ilk partiya təşkilatında keçirilmişdir. Yığıncağı təşkilat sədrinin müavini Əfraim Hüseynov açaraq, yığıncağın məram və məqsədlərini YAP üzvlərinin diqqətinə çatdırıb.

Sonra yığıncağın sədr və katibi seçilib, gündəliyi təsdiq olunub, Əfraim Hüseynov ərazi ilk təşkilatının hesabat dövründəki fəaliyyəti barədə hesabat məruzəsilə partiya üzvləri qarşısında çıxış edib.

Hesabat məruzəsi bitdikdən sonra YAP üzvlərindən kənd 2 saylı tam orta məktəbinin direktoru, Lətif Seyfullayev, şəhid atası Salaməddin Bağışov, bələdiyyə üzvü Fəxrəddin Səlimov, Kənd müəllimləri Ramiq Qarayev və İsa Abbasov, sahibkar Ələddin Səlimov, ağsaqqal Həsənxan Babayev, kənd icra nümayəndəsi, Hafiz Kərimov və başqaları çıxış edərək hesabat məruzəsinə və təşkilatın fəaliyyətinə münasibətlərini bildiriblər.

Hesabat məruzəsində və çıxışlarda patiyanın yaranması, təşkilatlanması, sıralarının möhkəmlənməsi, hazırda ümumxalq partiyasına çevrilməsi və ölkəmizdə bütün siyasi proseslərin önündə getməsi vurğulanıb, qeyd olunub ki, Məhz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi, gündəlik diqqət və qayğısı sayəsində ölkə əhalisinin güzəranı ilbəil yaxşılaşır, iqtisadiyyatımız inkişaf edir, ölkənin paytaxtında və bütün regionlarında infrastruktur yenilənir və müasirləşir, yeni-müasir səhiyə və təhsil müəssisələri tikilir, yeni yaşıllıqlar və parklar salınır, idman sağlamlıq mərkəzləri və kompleksləri əhalinin istirahəti, rahatlığı üçün istifadəyə verilir.

"Belə ki, əvvəlki hesabat dövründən keçən müddət ərzində rayonumuzun və böyük əksəriyyət kəndlərin siması tamamilə dəyişilmiş Cəlilabad şəhərində və kənd yaşayış məntəqələrində tikinti, quruculuq, abadlıq işləri xeyli genişlənmiş, bir çox kəndlərə yeni asfalt yollar çəkilmiş, yeni istirahət guşələri, məktəblər, səhiyyə ocaqları, yaşayış binaları, ticarət və iaşə obyektləri tikilib istifadəyə verilmiş, mövcud yaşayış binaları və obyektlərinin əksəriyyəti müasir qaydada əsaslı təmir olunmuş, hazırda tikinti abadlıq işləri davam etdirilir"-deyə çıxışlarda vurğulanıb.

Xüsusilə qeyd edilib ki, bütün bunlar ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Yığıncaqda həmçinin qeyd olunmuşdur ki, ilk partiya təşkilatımız hesabat dövrundə partiya sıralarının artması, işgüzar və fəal şəxslərin fərdi qaydada seçilib partiya üzvlüyünə qəbul edilməsi, partiya üzvləri ilə aparılan işin yaxşılaşdırılması, onların fəallığının artırılması, keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi, partiya üzvlərinin siyasi proseslərin önündə getmələrinə şərait yaradılması və bu işin istiqamətləndirilməsi, partiya intizamının daha da möhkəmləndirilməsi, üzvlük haqlarının toplanaraq partiya büdcəsinə köçürülməsi və partiya işinin digər məsələlərilə müntəzəm məşğul olmuş, ilk təşkilatımızın işinin daha yaxşı qurulması istiqamətində öz fəaliyyətini xeyli təkmilləşdirmişdir. Belə ki, son hesabat dövründən keçən müddət ərzində ölkəmizdə 2013-cü ilin oktyabr ayında keçirilən Prezident seçkilərində, 2014-cü ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləridə və 2015-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 2016-cı ilin sentyabr ayında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi" barədə keçirilən Referendumda təşkilatın uçotunda duran partiya üzvlərimiz fəal iştirak etmişlər. Belə ki, onların böyük əksəriyyəti dairə seçki komissiyalarında, məntəqə seçki komissiyalarında üzv və məşvərətçi səs hüquqlu üzv kimi fəaliyyət göstərmiş, bir qismi seçki dairələrində və seçki məntəqələrində müşahidəçi funksiyasını yerinə yetirmiş, böyük əksəriyyəti isə yaşayış məntəqələrində və iş yerlərində Yeni Azərbaycan Partiyasının namizədlərinin dəstəklənməsi üçün fəal təbliğati iş aparmış və partiyanın irəli sürdüyü namizədlərin seçkilərdə qalib gəlmələrinə kömək göstərmişlər.

Məruzəçi və çıxış edənlər qadınlarla və gənclərlə müntəzəm iş aparılıldığını, gənclərin asudə vaxtının səmərəli təşkili, onların siyasi proseslərə cəlb olunması və öyrədilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əhali arasında geniş təbliğ olunması istiqamətində xeyli iş görüldüyünü və bu işin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etmişlər.

Onlar əminliklə vurğulamışlar ki, ilk partiya təşkilatımızın uçotunda duran partiya üzvlərimiz bundan sonra da partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcək və

hazırda partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyəcəklər.

Sonra yığıncaq təşkilati məsələyə baxmış, ərazi ilk partiya təşkilatının sədrini, müavinlərini, idarə heyətini və YAP rayon təşkilatının növbəti konfransına nümayəndələr seçmişdir.

YAP Biləsuvar rayon təşkilatı

Biləsuvar rayonunun Peşə Liseyində YAP Biləsuvar rayon təşkilatı 1 saylı şəhər ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir.İclasın gündəliyində 3 məsələ müzakirə edilmişdir. Gündəlidkə duran birinci məsələ barədə 1 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Zakir Qaraşov hesabat məruzəsi ilə çıxış etdi.Natiq Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı məlumat verdi.Təşkilatın sədri məruzəsində ərazi ilk partiya təşkilatının keçən konfransdan bəri görülən işlərdən danışaraq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının respublika əhalisi arasında böyük nüfuzu vardır.Natiq qeyd etdi ki,Yeni Azərbaycan Partiyası Zaqafqaziyada ən nüfuzlu siyasi partiyadır.Ərazi ilk partiya təşkilatı ötən seçki hesabat yığıncağından bu günə qədər öz sıralarını daha da möhkəmləndirmiş və əsasən gənclərin bu partiyaya üzv olması üçün təbliğatı işi genişləndirmişdir. Təsadüfi deyildir ki, təşkilatın üzvlərinin 38 faizini gənclər, 40 faizini qadınlar təşkil edir. Natiq daha sonra əmin etdi ki, ərazi ilk partiya təşkilatı öz işini bundan sonra da qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirəcəkdir.

Hesabat seçki yığıncağında çıxış edən partiya fəallarından Afaq Əhmədova, Əzizağa Quliyev və başqaları çıxış edərək ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.

Hesabat seçki yığıncağında Qaraşov Zakir Əbülfəz oğlu yenidən ərazi ilk partiya təşkilatına sədr seçildi.Eyni zamanda təşkilatın sədr, müavinləri və İdarə heyətinin üzvləri seçilmişdir. Həmçinin yığıcağda YAP Biləsuvar rayon təşkilatının IX Konfransına 5 nəfər nümayəndə seçilmişdir.

YAP Qusar rayon təşkilatı

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı rayon uşaq incəsənət məktəbinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İclasda ərazi ilk partiya təşkilatının sədri Reyhan Bağışova hesabat məruzəsi ilə çıxış edərək hesabat dövrü ərzində partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından, xüsusilə, gənclərin hesabına gücləndiyini bildirib. Qeyd edib ki, təşkilatın fəaliyyət planında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçirilib, bundan sonra da qarşıya qoyulan vəzifələr məsuliyyətlə icra edilməkdə davam etdiriləcəkdir. Təşkilatın üzvlərinin sayının 83 nəfər olduğunu vurğulayan R.Bağışova onların məktəbin və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib.

İclasda YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, ötən əsrin 90-cı illərində ölkədə baş verən proseslərə nəzər salaraq, Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolundan ətraflı danışıb. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın sürətli inkişafa nail olduğunu bildirib. Qeyd edib ki, YAP ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik böyük siyasi qüvvədir.

Rayon təşkilat sədri ərazi ilk partiya təşkilatının hesabatının qənaətbəxş hesab olunduğunu vurğulayıb.

Hesabat məruzəsi səsə qoyularaq, qəbul edildikdən sonra, təşkilati məsələlər geniş müzakirə olunub. İclasda 7 nəfərdən ibarət idarə heyəti, Reyhan Bağışova yenidən sədr və Vasif Səlimov sədr müavini, YAP Qusar rayon təşkilatının IX konfransına isə 3 nəfər nümayəndə seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə