Ceyhun Musaoğlu: "Düşmən Ordumuzun, xalqımızın əzəmətini gördü” AÇIQLAMA
"Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam gözlənilən idi. Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, Lələ təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi Cocuq Mərcanlıda yaşayacaq dinc azərbaycanlı əhalisinə təhlükəsizlik hədiyyəsi oldu: "Sərəncam verilən an artıq 190 ailə doğma yurdlarına köçmək istədiklərini dedilər. Bu, çox böyük hadisədir. Qoy bütün Azərbaycan xalqı bilsin ki, işğalda olan başqa torpaqlarımıza da beləcə qayıdacağıq. Düşmən həm Azərbaycan Ordusunun, həm də Azərbaycan xalqının əzəmətini gördü. Bütün dünya bilir ki, o torpaqlar Azərbaycanın əzəli və əbədi ərazisidir. Belə olmasaydı, Cocuq Mərcanlı azad olunan kimi cənab Prezident kəndin tikilib-qurulması barədə Sərəncam verməzdi. Bizim jurnalistik və müşahidə qabiliyyətimiz var.
Prezidentin Sərəncamından sonra insanların necə sevindiyini, necə ruhlandığını görürük. Sosial şəbəkələrdə əslən Cəbrayıldan olmayanlar da Cocuq Mərcanlıya getməyə, orda yaşamağa hazır olduqlarını bildiriblər. İşğalda olan başqa ərazilərimiz də düşməndən təmizləyəcəyik. 3 günlük cavab tədbirləri Ermənistanı silkələdi. Azərbaycan haqq yolundadır, ona görə də büdrəmədən irəliləyir. Cocuq Mərcanlının yenidən yaşayış məskənimizə çevrilməsi hadisəsinə görə, nəinki cəbrayıllıları, bütün Azərbaycan xalqını təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB