Deputat: " Sərəncam Dağlıq Qarabağa qayıdışın bir əlamətidir" AÇIQLAMA

Deputat: " Sərəncam Dağlıq Qarabağa qayıdışın bir əlamətidir" AÇIQLAMA

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı ölkə başçısın siyasi iradəsini göstərdi". Bunu SİA-ya açıqlamasında 118 saylı Ağdam şəhər seçki dairəsindən seçilən millət vəkili Bəxtiyar Əliyev deyib.

O billdirib ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ilkin olaraq 4 milyon manat vəsaitin ayrılması və məcburi köçkünlərin öz doğma torpağına qayıdışını Dağlıq Qarabağa qayıdışın bir əlamətidir.

"Ötən gün dövlət başçısı tərəfindən imzalanan sərəncam Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verdiyi növbəti bir mesadır"- deyə. B. Əliyev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə