Braziliya həbsxanalarında QİYAM

Braziliyada ən azı 200 məhbus başlatdıqları qiyam nəticəsində yerləşdirildikləri həbsxanadan qaçmağa nail olub. SİA xəbər verir ki, bu barədə ölkənin IOL nəşri yazır. Nəşrin yazdığına görə, insident San-Paulu şəhərində yaşanıb. Dəqiqləşdirilmiş məlumatlarda bildirilir ki, qiyam zamanı məhbuslar yorğan-döşəklərini və sair avadanlıqları yandıraraq həbsxanada yanğın törətməyə nail olublar. Yaranan qalın tüstü nəticəsində onların çoxu qaçmağa nail olub.

Xatırladaq ki, 10 gün öncə, yanvarın 15-də Braziliyanın digər şəhəri Riu-Grandi-du Nortidə yerləşən həbsxanada da qiyam baş verib və həmin vaxt onlarla məhbus qaçmağa çalışarkən öldürülüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə