“Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edirəm” XİN rəhbəri

“Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edirəm” XİN rəhbəri

"2017-ci il Dağlıq Qarabağ da daxil olmaqla Avropa Şurasına üzv dövlətlərin ərazidindəki münaqişələrin həllində irəliləyiş ili olacaq". SİA-nın məlumatına görə, bunu Kiprin (yunan hissəsinın) xarici işlər naziri İoannis Kasulidis Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib.

"Əlbəttə, mən ilk növbədə Ukrayna, Dağlıq Qarabağ, Moldovanın Dnestryanı bölgəsindəki vəziyyəti nəzərdə tuturam", - deyə XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, Kipr cari ilin yanvar ayından Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə