"Münaqişələri hərbi yolla həll etmək olmaz. Parlament diplomatiyası və dialoq münaqişələrin sülh yolu ilə həllində vacib bir alətdir. AŞPA bu alətdən tam şəlkildə istifadə etməlidir". SİA-nın məlumatına görə, bunu AŞPA sədri Pedro Aqramunt qurumun qış sessiyasının açılışında deyib. O, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına lazımi töhfə verə bilməməsinə təəssüfünü ifadə edib. Ötən il aprel ayında cəbhədə vəziyyətin gərginləşməsinə diqqət çəkən assambleya sədri bölgədə vəziyyətin hər an alovlana biləcəyini deyib. O, Ukrayna böhranının da narahatlıq yaratmaqda davam etiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB