İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur bu həftə Azərbaycana səfər edəcək. Bu barədə SİA-ya İranın Azərbaycanakı səfirliyindən məlumat verilib. İ.Rəhimpur Xəzərin hüquqi statusu ilə bağlı Bakıda keçiriləcək işçi qrupun növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, ötən həftə xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, iclasda konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB